Avq 27, 2015 09:54 Asia/Baku
  • Suriyanın şimal-qərbində onlarla təkfirçi terrorçu öldürülüb
    Suriyanın şimal-qərbində onlarla təkfirçi terrorçu öldürülüb

Suriyanın ordusu və silahlı qüvvələrinin bu ölkənin şimal-qərbindəki əməliyyatında onlarla təkfirçi terrorçu öldürülüb.

Suriyanın rəsmi SANA xəbər agentliyi bir hərbi mənbəyə istinadla bildirib ki, Suriya ordusunun hava qüvvələri Laziqiyyə ostanının təhlükəsizliyinin təmini istiqamətində bu vilayətin şimal ətrafında təkfirçi qrupların mövqelərini hədəfə alıblar.
Bu mənbəyin bildirdiyinə görə, həmin hücumda Ədləbin ətrafında 70 terrorçu öldürülüb, onlarla terrorçu da yaralanıbdır. Həmçinin onların avtomobilləri də məhv edilibdir.
Belə bir halda, Suriya ordusu bazar ertəsi günündən Laziqiyyənin şərq ətrafında öz əməliyyatına başlayıbdır ki, Əlcəbuləhmərdəki strateji yüksəkliklər, eləcə də digər kəndlər və yüksəkliklərdə nəzarəti ələ almış və Həmat vilayətinin şimal-qərbinə tərəf irəliləyə bilmiş olsun.
Digər tərəfdən, çərşənbə günü bir ədəd raketin Hums şəhərinin şimal ətrafındakı Təlbisə məntəqəsində yerləşən yanacaqdoldurma məntəqəsinə atılması və benzin boşaldarkən bir tankerin partlaması zamanı beş nəfər ölüb, 30 nəfər də yaralanıbdır.
Deyilənlərə görə, Humsun şimal ətrafı terrorçu Cibhətunnusrə qrupunun tabeliyində olan təkfirçilərin fəaliyyət mərkəzidir.

Teqlər