Yəmən hələ də Ali-Səudun atəşləri altındadır
Avq 28, 2015 05:10 Asia/Baku
-
Yəmən hələ də Ali-Səudun atəşləri altındadır
Ali-Səud rejiminin qırıcıları Yəmənin müxtəlif məntəqələrini bombalamaqda davam edirlər.
Yəmənin Əlyəum xəbər portalının məlumatına görə, səudiyyə qırıcıları cümə günü səhər Yəmənin Səədə vilayətinin müxtəlif məntəqələrini hədəfə alıblar. Bu hücumlarda beş yəmənli ölüb, bir neçə nəfər də yaralanıbdır.Təcavüzkar səudiyyə qırıcıları həmçinin Yəmənin Əlhudəydə vilayətindəki Əlmənsuriyyə məntəqəsində yerləşən dörd məktəbi bombalayıblar; bu hücum nəticəsində bütün dörd məktəb dağılıb.
Ali-Səud rejiminin qırıcıları cümə axşamı günü axşam da Yəmənin Həccə vilayətinin Əbis şəhərinin ətraf məntəqələrinə hücum ediblər. Nəticədə bir yəmənli gənc ölüb, beş nəfər də yaralanıbdır.
Digər tərəfdən, Yəmən ordusu Ali-Səudun hücumlarına cavab olaraq, Ərəbistanın Cizan sərhəd əyalətindəki Əlməmməud hərbi bazasını mərmi hücumuna məruz qoyub. Bu hücumda on ərəbistanlı hərbçi ölüb və ya yaralanıbdır.
Ərəbistan və müttəfiqləri Yəmənin fərari və istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə martın 26-da bu ölkəyə hücum ediblər.
Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hücumları nəticəsində bu ölkədə xidmət infrastruklturları, xəstəxanalar, məktəblər və mənzillərin dağılmasından əlavə, dörd mindən çox insan həlak olub, minlərlə nəfər yaralanıb, yüz minlərlə insan da didərgin düşübdür.
Teqlər