Sionistlərin fələstinlilərə qarşı hücumu
Avq 29, 2015 17:19 Asia/Baku
Sionist rejim hərbçiləri İordan çayının Qərb Sahilində fələstinliləri hücuma məruz ediblər.
Fələstinin təhlükəsizlik rəsmiləri İordan çayının Qərb Sahilində Sionist rejim əsgərləri ilə fələstinlilər arasında qarşıdurmanın baş verməsini təsdiqləyiblər.Misirin Əl-Yom Əl-sabe internet xəbər portalı Fələstinin təhlükəsizlik rəsmilərinə istinadən qeyd edib: Sionist rejim qüvvələri Nablosun cənub qərbində bir kəndə basqın ediblər. Sionist əsgərlər hücum zamanı fələstinlilərin üstünə həqiqi güllə və gözyaşardıcı qazlardan istifadə ediblər. bu əməliyyatda 4 fələstinli həbs edilib.
Daxil olan məlumata əsasən bu qarşıdurmalarda sionistlərin gözyaşardıcı qazlardan istifadə etməsi fələstinlilərdən bir neçə nəfərinin tənəffüs sistemində cidd problemlərin yaşanmasına səbəb olub.