Ərəbistan Yəmənin Marəb vilayətində su anbarlarını bombalayıb
Avq 30, 2015 06:05 Asia/Baku
-
Ərəbistan Yəmənin Marəb vilayətində su anbarlarını bombalayıb
Ərəbistan təyyarələri Yəmənin infrastrukturları və həyati mərkəzlərinə qarşı hava hücumlarının davamında Marəb vilayətindəki Məczər şəhərinin su anbarlarını bombalayıblar.
IRNA-nın Yəmənin Səba xəbər agentliyinə istinadlı məlumatına görə, Ali-Səud qırıcıları şənbə günü beş dəfədən çox Məczər şəhərinin su anbarlarını və Marəbdəki Hilan strateji dağını bombalayıblar.Marəb vilayətindəki yerli bir rəsmi deyib ki, su anbarları bombalanaraq, tamamilə məhv edilibdir.
Təqribən beş min nəfər bu su anbarlarından yararlanırdı.
Teqlər