Demirtaş Ankara-PKK danışıqlarının bərpasından danışıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197175-demirtaş_ankara_pkk_danışıqlarının_bərpasından_danışıb
Türkiyədə Xalqların Demokratik Partiyasının lideri deyib ki, bu ölkə dövləti ilə Türkiyə Kürdüstanı Fəhlə Partiyası-PKK arasındakı müzakirələrin bərpası atəşkəsə zamindir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2015 08:32 Asia/Baku
  • Demirtaş Ankara-PKK danışıqlarının bərpasından danışıb
    Demirtaş Ankara-PKK danışıqlarının bərpasından danışıb

Türkiyədə Xalqların Demokratik Partiyasının lideri deyib ki, bu ölkə dövləti ilə Türkiyə Kürdüstanı Fəhlə Partiyası-PKK arasındakı müzakirələrin bərpası atəşkəsə zamindir.

IRIB-nin məlumatına görə, kürdlərin tərəfdarı olan Səlahəddin Demirtaş şənbə günü deyib ki, onun proqnozuna görə, bu ölkə dövləti Türkiyə Kürdüstanı Fəhlə Partiyası-PKK ilə müzakirələri bərpa edərsə, bu partiya silahı yerə qoyacaqdır.
Bir neçə onillik qanlı döyüşlərə son qoymaq üçün sülh müzakirələri çərçivəsində Türkiyə ordusu ilə PKK arasında bərqərar olmuş iki il atəşkəs iyul ayında başa çatıb.
Türkiyə ordusu PKK-nın mövqelərinə qarşı hücumları bərpa edib və bu müddətdə Türkiyə Kürdüstanı Fəhlə Partiyası da bu ölkənin təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edibdir.