İŞİD terrorçularında ruh düşgünlüyü
Avq 30, 2015 16:51 Asia/Baku
-
İŞİD terrorçularında ruh düşgünlüyü
Üzvlərin itaətsizliklərinə reaksiyada qrupdaxili edamların həyata keçirilməsi terrorçu İŞİD qrupu üzvlərinin ruh düşgünlüyündən xəbər verir.
İordaniyanın Petra xəbər agentliyinin məlumatına görə, İraqın Niynəva vilayətinin mərkəzi olan Mosuldakı bir təhlükəsizlik mənbəyi deyib ki, terrorçu İŞİD qrupu ünsürlərinin əhval-ruhiyyələri qrupdaxili ixtilaflara və İraq vətəndaşları arasında reytinqə malikolmamaya görə, müəyyən qədər tənəzzül edib.Bu mənbə sonra deyib: İŞİD bu qrupun başçılarının göstərişlərindən boyun qaçıran hər bir ünsürünü dərhal qətlə yetirir və indiyədək onlarla İŞİD terrorçusunun boynu vurulubdur.
Bu iraqlı təhlükəsizlik mənbəyinin sözlərinə görə, terrorçu İŞİD qrupu göstərişlərdən boyun qaçıran ünsürlərin ən yeni cəzalandırılmalarında on beş ünsürünü Əlxazər məntəqəsində döyüş meydanından qaçmaq ittihamı ilə edam edib.
Beş digər terrorçu da İŞİD-in Mosulun valisi adlandırdığı Əbu Əbdulməcid Ələfriyə qarşı silahlı hücum səbəbindən edam olunub.
İŞİD habelə son zamanlar öz altı üzvünü Ələnbar vilayətindəki Fəllucə şəhərinin Nizal məntəqəsində əsirləri işgəncə etməkdən çəkinmək səbəbindən edam edib.
Bundan öncə də medialar bildirmişdilər ki, peşmançılıq, dəlilik, vəhşicəsinə hərəkətlərdən məyusolma və intihar İŞİD terrorçuları arasında artmaqdadır.