Suriyanın Əlzəbədani şəhəri azad olub
Sen 02, 2015 09:40 Asia/Baku
-
Suriyanın Zubdani şəhəri azad olub
Suriya ordusu və Hizbullahın iki ay mübarizəsindən sonra Dəməşqdən şimal-qərbdə yerləşən mühüm əlaqə şəhəri olan Əlzəbədani şəhəri azad edilib.
Fars xəbər agentliyinin məlumatına görə, Livan Hizbullahının qüvvələri Suriyanın ordu qüvvələrinin köməyi ilə Əlzəbədani şəhərinin təmizlənməsi əməliyyatının davamında çərşənbə axşamı günü gecə yarısı bu şəhəri tam şəkildə terrorçu qruplardan təmizləyə biliblər.Hizbullah qüvvələrinin tam nəzarəti elə bir halda həyata keçirilibdir ki, şəhərdə qalmış Cibhətunnusrə və Əhrarulşam terror qruplarının ünsürlərindən bir qrupu şəhərin cənubundan Məzaya məntəqəsinə tərəf geri oturub.
Livanın müqavimət qüvvələri ötən bir neçə gündə məntəqənin şimal, qərb və cənub-qərb hissələrini terrorçulardan təmizləyə müvəffəq olublar.
Suriyanın ordusu və müqavimət qüvvələri hazırda evbəev təmizləmə aparmaqdadırlar.
Teqlər