Sen 02, 2015 14:14 Asia/Baku
  • 
Türkiyə polisinin kobudluğu
    Türkiyə polisinin kobudluğu

Türkiyə polisi İstanbulda Ankaranın PKK-ya qarşı hərbi əməliyyatlarına və bu ölkə prezidentinin siyasətlərinə etirazlı olan aksiyaçıları dağıtmaq üçün zorakılığa əl atıb.

Fransa xəbər agentliyinin məlumatına görə, Türkiyə polisi çərşənbə axşamı günü keçirilən aksiyada gözyaşardıcı qaz, rezin güllələr və su şırnaqlarından istifadə edib.



Bu məlumata görə, təqribən beş yüz nəfər İstanbulun Avropa hissəsində yerləşən İstiqlal küçəsində dinc aksiya keçirirmiş, amma onlar küçəni yarı eləməmiş Türkiyə prezidentinə və onun PKK-ya qarşı hərbi prosesinə qarşı şüarlar səsləndiriblər ki, bu da polisin müdaxiləsinə səbəb olub.



Anadolu xəbər agentliyinin məlumatına görə, aksiyada on dörd nəfər həbs olunub.

Teqlər