İŞİD İraqda 20 nəfəri oğurlayıb
Sen 02, 2015 15:45 Asia/Baku
-
İŞİD İraqda 20 nəfəri oğurlayıb
İraqın təhlükəsizlik mənbələri bu ölkənin paytaxtı Bağdadda iyirmi nəfərin oğurlanmasından xəbər veriblər.
IRIB-nin məlumatına görə, İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, Bağdadın şərqində bir avtomobildə olan bir qrup maskalı və silahlı şəxs Türkiyə vətəndaşı olan on yeddi fəhlə daxil olmaqla iyirmi nəfəri oğurlayıb.Bu şəxslər İraqın şimalındakı Sədr qəsəbəsində futbul stadionu inşa etməkdə olan bir şirkət üçün işləyirmişlər.
Bununla bağlı, Ələnbar vilayətinin Əlrutbə şəhərinin icra hakimi İmad Əhməd bundan öncə Əlkəbisat qəbiləsi daxil olmaqla bu vilayətdəki qəbilələrin üzvlərindən bir qrupunun aksiyasına işarə edərək, bildirmişdi ki, İŞİD aksiyaçıları işgəncə etməkdən əlavə, onlardan iki yüz nəfəri oğurlayıbdır.
İraq ordusu da bildirib ki, İŞİD-in partlayış hücumları nəticəsində bu ölkə hərbçilərindən on iki nəfər öldürülüb.