Yəməndə geniş anti-səudiyyə aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197280-yəməndə_geniş_anti_səudiyyə_aksiyası
Yəmənlilər bir aksiyada səudiyyə rejiminin bu ölkədəki cinayətlərini pisləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2015 13:16 Asia/Baku
  • Yəməndə geniş anti-səudiyyə aksiyası
    Yəməndə geniş anti-səudiyyə aksiyası

Yəmənlilər bir aksiyada səudiyyə rejiminin bu ölkədəki cinayətlərini pisləyiblər.

Press TV-nin məlumatına görə, Yəmən xalqı səudiyyə rejiminin bu ölkəyə qarı vəhşicəsinə hücumlarına etirazda paytaxt Sənada aksiya keçirib və bu cinayətlər qarşısında müqaviməti vurğulayıbdır.



Aksiya iştirakçıları etiraz şüarları verərək, dünya ictimaiyyətinin Yəmən xalqının əzabları qarşısında susmasını pisləyiblər.



Aksiyaçılar Yəmən ordusunun Ərəbistanın savaşı qarşısındakı addımlarına dəstək veriblər.



Digər tərəfdən, səudiyyə qırıcıları dörd dəfə Yəmənin Marəb vilayətindəki Əlbələq məntəqəsini bombalayıblar.



Səudiyyə qırıcıları həmçinin iki dəfə Səədə vilayətindəki Mərran məntəqəsini bombardman ediblər. Nəticədə bir nəfər ölüb, bir mülki də yaralanıbdır.



Təəz, Marəb, Həccə və Səədə vilayətləri səudiyyə-amerikan qırıcıların hücumlarına məruz qalıblar. Çərşənbə günü də Sənanın bombalanması davam edir.