Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir
Sen 03, 2015 08:50 Asia/Baku
-
Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir
Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə qarşı hava hücumları davam edir.
Əlaləm xəbər portalının məlumatına görə, Ərəbistan qırıcıları cümə axşamı günü bir neçə dəfə Yəmənin Təəz şəhərinin qərb girəcəyi və cənub ətrafına hücum ediblər ki, hələ ehtimal olunan tələfat və xəsarət barədə məlumat yayılmayıb.Təcavüzkar səudiyyə qırıcıları habelə dörd dəfə Səədə vilayətindəki Kəhlan məntəqəsini bombalayıblar.
Ərəbistan qırıcıları Sənanın müxtəlif məntəqələrini, İb vilayətindəki Yərim məntəqəsini və Həccəni öz hücumlarına məruz qoyublar.
Digər tərəfdən, çərşənbə günü gecə Yəmənin paytaxtı Sənanın şimalındakı Əlmuvəyyid məscidində iki bombanın partlaması nəticəsində həlak olanların sayı 32-yə, yaralıların miqdarı isə 98-ə çatıb.
Yaralılardan çoxunun vəziyyətinin ağır olmasına görə, ölənlərin sayının artması ehtimalı var.
Belə bir halda, Səna xəstəxanaları da Yəmənin mühasirə olunmasına görə, kəskin dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzədirlər.
Başqa bir tərəfdən, Yəmən ordusu Ərəbistanın hücumlarına cavab olaraq, Cizan məntəqəsindəki Əlxubə kompleksinin tam nəzarətini ələ alıbdır.
Yəmən ordusunun artilleriyası və bu ölkənin xalq qüvvələri də Ərəbistanın bir neçə bazasını hədəfə alıblar ki, Əltəval məntəqəsində yerləşən Ərəbistanın sərhəd qvardiyasının təhlükəsizlik mərkəzi və Cəlah bazası bu qəbildəndirlər.
Bu artilleriya hücumlarından sonra səudiyyə hərbçiləri Cəlah bazasından qaçıblar.
Teqlər