Ərəbistan Yəmənin müxtəlif məntəqələrinə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197316-Ərəbistan_yəmənin_müxtəlif_məntəqələrinə_hücum_edib
Yəmənin müxtəlif məntəqələri cümə axşamı günü gecə də Ərəbistan rejiminin qırıcılarının hücumlarına məruz qalıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2015 05:11 Asia/Baku
  • Ərəbistan Yəmənin müxtəlif məntəqələrinə hücum edib
    Ərəbistan Yəmənin müxtəlif məntəqələrinə hücum edib

Yəmənin müxtəlif məntəqələri cümə axşamı günü gecə də Ərəbistan rejiminin qırıcılarının hücumlarına məruz qalıblar.

Yəmənin Əlməsirə telekanalı bildirib ki, səudiyyə qırıcıları cümə axşamı günü gecə Əlbiyza və Əbin vilayətləri arasındakı Mikras məntəqəsini hədəfə alaraq, bu məntəqənin sakinlərinə xəsarətlər vurublar.



Səudiyyə qırıcıları Marəb vilayətində Zatəlra, Səədə vilayətində də Ali-Qərar məntəqələrini bombalayıblar ki, ehtimal olunan xəsarət və tələfat barədə məlumat yayılmayıbdır.



Belə bir halda bildirilib ki, Yəmənin xalq komitələri və bu ölkə ordusunun raket bölməsi Cizan sərhəd məntəqəsində bir səudiyyə tankını məhv ediblər.



Digər tərəfdən, yəmənli qüvvələrin Cizanda səudiyyəlilərin mövqelərinə qarşı sürətli irəliləyişləri barədə məlumatlar yayılıb.