Yəmənli tələbələrin aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197321-yəmənli_tələbələrin_aksiyası
Yəmənli tələbələr Ərəbistanın bu ölkəyə qarşı təcavüzünə etiraz olaraq, aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2015 06:22 Asia/Baku
  • Yəmənli tələbələrin aksiyası
    Yəmənli tələbələrin aksiyası

Yəmənli tələbələr Ərəbistanın bu ölkəyə qarşı təcavüzünə etiraz olaraq, aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, Yəmənin paytaxtı Sənada Tibb Elmləri Universitetinin tələbələri aksiya keçirərək, Ərəbistanın onların ölkəsinə qarşı cinayətkarcasına hücumlarını pisləyiblər.


Aksiyaçılar deyiblər ki, Ərəbistanın hücumlarının Yəməndə demək olar, hər bir şeyi məhv etdiyi bir halda, dünya ictimaiyyətinin bu cinayətlərə göz yumması utanc gətiricidir.


Əllərində Ərəbistanın cinayətlərini təsvir edən plakatlar tutmuş yəmənli tələbələr vurğulayıblar ki, bu cinayətlər Ərriyadın Yəmənə sabitiliyi qaytarmaq barədəki iddialarının yalan olduğunu sübuta yetirir.


Etirazçılar həmçinin Yəmənə dərman daxil olmasını belə əngəlləyən Ərəbistan tərəfindən bu ölkəyə qarşı iflicedici mühasirənin tətbiq edilməsini pisləyiblər.