Yəmən ordusu koalisiyanın mərkəzini hədəfə alıb
Sen 05, 2015 10:15 Asia/Baku
-
Yəmən ordusu koalisiyanın mərkəzini hədəfə alıb
İnformasiya qaynaqları Maaribdə Safir bazasına qarşı atılan raketlərin ardınca Yəmənə qarşı hücum edənlər arasında ixtilafın yaşanmasından xəbər veriblər.
Əl-Məsirə xəbər telekanalının məlumatına əsasən təcavüzkar qüvvələr bir birlərini xəyanətdə və informasiyaları ifşa etməkdə suçlayıblar.Əl-Məsirə kanalı bu gün bir məlumatda Yəmən Ordusu və xəlqi komitə qüvvələrinin Ərəbistanın Ceyzan məntəqəsində Əl-Sudə və Əl-Mətən bazalarını katyuşa raketləri ilə hədəfə almasından xəbər verib.
Sözü gedən qüvvələr Tuçka növündən olan Ballestik tipli bir raketlə Safir bölgəsində təcavüzkar Ərəbistanın silah anbarını hədəfə alıblar ki nəticədə qarşı tərəfə xeyli ziyan dəyib.
Həmin informasiya mənbələri qeyd ediblər: Atılan bu raket Safir hava limanında da müəyyən xəsarətlərə səbəb olub.
Apaçı tipli mərkəzləşən bu hava limanında 5 vertolyot da yanıb və tamamilə sıradan xaric olub.
Teqlər