BƏƏ-nin Yəmənə qarşı hava hücumlarında onlarla mülki qırğın edilib
Sen 06, 2015 05:27 Asia/Baku
-
BƏƏ-nin Yəmənə qarşı hava hücumlarında onlarla mülki qırğın edilib
Birləşmiş Ərəb Əmirlikləri və Ərəbistan qırıcılarının Yəmənin paytaxtı Səna şəhərinə qarşı hücumlarında onlarla mülki qırğın edilib.
Röyters yəmənli mənbələrə istinadla xəbər verib ki, şənbə günü axşam Ali-Səud rejiminin başçılığı altında olan ərəb koalisiyasının əksəriyyəti Birləşmiş Ərəb Əmirliklərindən olan 70-dən çox qüvvəsinin öldürülməsindən bir gün sonra Birləşmiş Ərəb Əmirlikləri qırıcıları Yəmənin müxtəlif məntəqlərini, o sıradan paytaxt Sənanı bombalayaraq, azı əlli mülkini qətli-am ediblər.Bu hücumlarda yüzdən çoz insan da yaralanıbdır.
Ali-Səud qırıcıları da şənbə günü səhər tezdən Hədidə məntəqəsində bir yaşayış binasını bombalayıblar ki, nəticədə üç yəmənli ölüb, beş nəfər də yaralanıbdır.
Əlməsirə telekanalı da xəbər verib ki, səudiyyə qırıcıları Yəmənin Şəbuh və Əlbiyza vilayətləri arasındakı qovşaq yolunda qida maddələri daşıyan maşınları hədəfə alıblar.
Belə bir halda, Ərəbistanın Ələxbariyyə telekanalı təsdiq edib ki, Birləşmiş Ərəb Əmirliklərindən olan 45 hərbçidən əlavə, beş bəhreynli və on səudiyyəli hərbçi də yəmənlilərin cümə günkü raket hücumunda ölübdür./>
Digər tərəfdən, Yəmənin tibb mənbələri bildiriblər ki, bu ölkənin səhiyyə nazirliyi Ərəbistan qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı təcavüzlərinin qurbanlarının sayının artması üzündən fövqəladə vəziyyət elan edibdir.
Bu mənbələr deyirlər ki, elə bu səbəbdən, hazırda Ərəbistan ilə müttəfiqlərinin Yəmənə qarşı altıncı aya daxil olan hücumlarının qurbanlaırnın dəqiq sayını mümkünsdür.
Teqlər