Qətər ordusu Yəmənə girdi, onlarla əzadar həlak olub və yaralanıb
Sen 07, 2015 06:46 Asia/Baku
-
Qətər ordusu Yəmənə girdi, onlarla əzadar həlak olub və yaralanıb
Səudiyyəli təcavüzkarların Yəməndə əzadarlıq mərasiminə hava hücumu nəticəsində onlarla nəfər həlak olub və yaralanıb. Bu arada Qətər qüvvələri də ağır və yarım ağır silahlarla Yəmən ərazisinə daxil olublar.
Səhər Beynəlxalq Televiziyasının Almaniya İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Səudiyyə rejimi və müttəfiqlərinin qırıcı təyyarələri əl-Yətmə sərhəd bölgəsində Ali-Həzm qəbiləsi üzvlərinin yars mərasiminə hücum ediblər. Bu hücum nəticəsində onlarla sivilin həlak olduğunu bildirən yerli mənbələr hücumun dəqiq tələfat sayına toxunmayıblar.Əl-Yətmə məntəqəsi Ərəbistanla sərhəd bölgələrdən olan əl-Couf vilayətində yerləşir və bu bölgə ötən bir neçə ay ərzində dəfələrlə Səudiyyə Ərəbistanı və müttəfiqlərinin hücumlarına məruz qalıb.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin müxtəlif bölgələr, xüsusilə də paytaxt Sənaya hücumları davam edir. Bu şəhərin hərbi və yaşayış masivlərinin bir çoxu səudiyyəlilərin irimiqyaslı hava hücumlarına məruz qalır. Bu hücumlar nəticəsində onlarla yəmənli şəhid olub və yaralanıb, çoxlu sayda binalar dağılıb və ictimai əmlaka ciddi ziyan dəyib.
Sərhəd toqquşmalarında da bir qrup səudiyyəli hərbçi öldürülüb. Yəmən ordusu Cizan şəhərinin Haviyə kəndində səudiyyəli hərbçilərin mövqelərini hədəfə alıblar. Yəmən ordusunun raket bölməsi də Nəcran şəhərində əl-Rəqabə hərbi mövqeyini hədəfə alıb və Cizan şəhərində əl-Rədif hərbi bazasnda hərbçiləri daşıyan bir avtomobili məhv edib.
Bu arada əl-Cəzirə telekanalı bildirib ki, Qətər qüvvələrindən bir qrupu ağır və yarım ağır silahlar, müdafiə raketləri və modern əlaqə sistemləri ilə əl-Vədiə sərhədindən Yəmən ərazisinə daxil olub və Maribə doğru hərəkət etməkdədirlər.
Bununla əlaqədar Yəmən ordusu Ərəbistan hərbçilərinə xəbərdarlıq edib ki, təcavüzkarlar sürprizlə qarşılaşacaq və onlara möhkəm cavab veriləcəkdir.
Yəmən ordusu əlavə edib: Səudiyyəli qadın və uşaqları hədəfə almayacaq və Yəmən ordusunun hücumları Səudiyyə Ərəbistanının hərbi bazaları, limanlar və əsaslı obyektlərinə qarşı olacaqdır.
Yəmən ordusunun sözçüsü leytenant Şərəf Qalib Loğman bildirib: Yəmən ordusu və bu ölkənin xalq qüvvələrinin səudiyyəlilərin sivillərə dəlicəsinə hücumları qarşısında qarşılıq verməkdən başqa çarəsi yoxdur
Yəmən ordusu Ciddə, Əbha və ər-Riyad şəhərlərini Yəmən silahlı qüvvələrinin hədəflərindən adlandırıb.
Teqlər