Terrorçular Suriyanın şərqindən geri çəkiliblər
Sen 07, 2015 17:55 Asia/Baku
-
Terrorçular Suriyanın şərqindən geri çəkiliblər
Suriya ordusu, milli müdafiə və köçərilərin müştərə əməliyyatının başlanması ilə terror ünsürləri bu ölkənin şərqində Deyruz-Zur vilayətindəki bölgələrdən geri çəkilməyə məcbur olublar.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının ünsürləri bazar ertəsi günü Suriya qüvvələrinin bəzi işğal olunmuş ərazilərdə əməliyyata başlanması ilə qaçmağa məcbur olublar.Suriya ordusu, milli müdafiə və köçəri qüvvələrin müştərək əməliyyatında Əl-Tim neft quyuları və Şərqi Deyruz-Zur terrorçuların işğalından azad olunmalıdır.
Şərqi Deyruz-Zurda suriyalı qüvvələrin irəliləməsi ilə yanaşı Suriya ordusu Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Deyruz-Zur şəhərinin Həvicə Səkər məntəqəsində İŞİD terrorçularının toplaşdıqları mərkəzləri hədəfə alıblar.
Bu əməliyyatda onlarla İŞİD terrorçusu, o cümlədən bir neçə təkfirçi başçı öldürülüb.
Başqa bir məlumata görə, "Əcnaduş-Şam Birliyi" terror qruplaşmasının başçısı Əbu Amir Suriya ordusu hərbi təyyarələrinin Darya şəhərindəki hücumu nəticəsində öldürülüb.
Digər tərəfdən silahlı şəxslər Dəməşq Mühəndislik və Mexanik İnstitutlarını minaatanlarla atəşə tutublar.