Sen 08, 2015 10:30 Asia/Baku
  • Ali-Səud xarici terrorçular arasından əsgərlər toplayır
    Ali-Səud xarici terrorçular arasından əsgərlər toplayır

Ərəbistanlı hərbi əsir Ali-Səud rejiminin xarici terrorçular arasından əsgərlər topladığını ifşa edib.

Yəmənin inqilabçı qüvvələrinin əsirliyinə düşən ərəbistanlı hərbçi Fars xəbər agentliyi ilə müsahibədə Ali-Səud rejiminin Yəmənin cənubuna ezam olunmaq üçün muzdlular arasından əsgər toplamasının detallarını açıqlayıb: Bu muzdlular aylıq maaş alırlar.


Ali-Səud rejiminin qorxusundan adının açıqlanmasını istəməyən bu səudiyyəli əsir əlavə edib: Yəmənə daxil olan Ərəbistan qüvvələrinin çoxu Ərəbistanda çalışan somalili və sudanlı gənclərdirlər.


Səudiyyəli hərbçi bildirib: Səudiyyəli şahzadələr bəzi ölkələrlə koordinasiya edərək Yəmən ordusu ilə döyüşmək üçün əcnəbi ünsürlər və müxtəlif ölkələrin vətəndaşlarından əsgər toplama əməliyyatına nəzarət edirlər.


Bu arada Yəmənin inqilabçı qüvvələrinin komandanlarından biri bildirib ki, Ali-Səud rejimi muzdluları və əcnəbi vətəndaşlardan bir qrupunu Marib vilayətinin şimalında BƏƏ ordusu qüvvələri ilə toqquşmada həbs ediblər.

Teqlər