Yəmən ordusu: Gələn günlərdə təcavüzkarlara sürpriz edəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197478-yəmən_ordusu_gələn_günlərdə_təcavüzkarlara_sürpriz_edəcəyik
Yəmən ordusunun sözçüsü Yəmənə təcavüz edən koalisiyaya xəbərdarlıq edib ki, Yəmən ordusu qüvvələri onlara gələn günlərdə sürpriz edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2015 09:32 Asia/Baku
  • Yəmən ordusu: Gələn günlərdə təcavüzkarlara sürpriz edəcəyik
    Yəmən ordusu: Gələn günlərdə təcavüzkarlara sürpriz edəcəyik

Yəmən ordusunun sözçüsü Yəmənə təcavüz edən koalisiyaya xəbərdarlıq edib ki, Yəmən ordusu qüvvələri onlara gələn günlərdə sürpriz edəcəklər.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, mayor Şərəf Loğman bildirib: Yəmən ordusu və xalq qüvvələri ən ağır ehtimallar üçün ssenarilər hazırlayıblar və Yəmənə qarşı təcavüzün başlandığı zamandan qüvvələr və silahlarla əlaqədar yenidən hərbi düzülüşü tətbiq etmişik.


Loğman əlavə edib: Hərbi qüdrət tarazlığı bizim xeyrimizə deyil. Lakin Yəmən ordusu və xalq qüvvələrinin taktikaları təcavüzkarların üstünlüyünü məhv edib.


Yəmən orsusu son vaxtlar Səudiyyə Ərəbistanı və müttəfiqlərinin 6 aylıq cinayətinə reaksiyada Marib vilayətində təcavüzkarların hərbi bazasına ballistik raket atdı. Yəmən mənbələrinin bildirdiyinə görə bu hücum nəticəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin ən azı 300 hərbçisi öldürülüb.