35 min təcavüzkar qüvvə Yəmənə ezam olunub
Sen 09, 2015 12:53 Asia/Baku
-
35 min təcavüzkar qüvvə Yəmənə ezam olunub
Səudiyyəli təcavüzkar 35 min qüvvənin Yəmənə ezam olunması xəbəri yayılıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri bəzi hərbçilərini Marib və əl-Cof vilayətində nəzərdə tutulan yerlərdə yerləşdiriblər.Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətər qüvvələri bu bölgədədirlər.
Bildirildiyinə görə, bu quru təcavüzdə məqsəd Sənanı ələ keçirməkdir.
Yəmən ordusunun sözçüsü Ali-Səud rejiminin Yəməndəki məqsədlərinin məğlubiyyətə uğraması və ordu və xalq qüvvələrinin quru təcavüzlə mübarizə aparmaq üçün yüksək əhval-ruhiyyədə olduğuna toxunaraq deyib: Təcavüzkarları sürprizlər gözləyir.
Bu məlumata görə, Səudiyyə rejiminin qırıcı təyyarələri də ötən saatlarda Yəmənin müxtəlif şəhərlərini dəfələrlə bombalayıblar.
Sənada Ərəbistan qırıcı təyyarələri iki ailəni hədəfə alıblar və ailə üzvlərini şəhid ediblər.
Səudiyyə Ərəbistanının Yəmənin Beyhan şəhərinə hava hücumlarında 20 nəfərdən çox vətəndaş həlak olub.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin qırıcı təyyarələri ötən cümə günü günortadan bu günə qədər 319 dəfə yəni 60 saat müddətinə Yəmənin müxtəlif bölgələrini bombardman ediblər.
Yəmən ordusu və xalq qüvvələri də bu cinayətlərə reaksiyada Ərəbistanın Cizan vilayətində əl-Xuban hərbi bazası və Zəhranda sərhəd komandanlığının qərargahını raketlə atəşə tutublar.
Bu əməliyyatda səudiyyəlilərin bir çox təchizatı məhv olub və bir qrup ərəbistanlı hərbçi öldürülüb.
Yəmən ordusu və xalq qüvvələri Təiz vilayətində müəyyən bölgələri tam şəkildə düşmən qüvvələrindən təmizləyiblər.
Bu arada Təiz bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatı davam etməkdədir.
Yəmənin Ənsarullah Hərəkatı Sənada səudiyyə rejiminə bağlı muzdlulardan 117 nəfəri həbs edib.
Teqlər