Səudiyyəlilərin Yəmənə hücumunda 30 yəmənli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197509-səudiyyəlilərin_yəmənə_hücumunda_30_yəmənli_şəhid_olub
Ali-Səud qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hava hücumlarında onlarla sivil şəhid olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2015 11:11 Asia/Baku
  • Səudiyyəlilərin Yəmənə hücumunda 30 yəmənli şəhid olub
    Səudiyyəlilərin Yəmənə hücumunda 30 yəmənli şəhid olub

Ali-Səud qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hava hücumlarında onlarla sivil şəhid olub və yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Təizə hava hücumlarında 19 nəfər, Şibvə vilayətində 7 nəfər, Sənada isə hamısı uşaq olan 4 nəfər şəhid olub.


Yəmən ordusu və xalq qüvvələri isə Təizdə bir neçə bölgəyə nəzarəti ələ keçirib və təkfirçi ünsürləri bu bölgələrdən çıxarıblar.


Səudiyyə qırıcı təyyarələri həmçinin Marib və Ləhic vilayətlərində müxtəlif bölgələri bombalayıblar.


Xəbər mənbələri Birləşmiş Ərəb Əmirlikləri hərbi təyyarələrinin Yəmən paytaxtı Sənaya irimiqyaslı hava hücumları etdiyini bildiriblər.


Səudiyyə Ərəbistanı təyyarələri də Sədə vilayətinin əl-Şəvariq bölgəsində səhiyyə mərkəzini hədəfə alıblar.


Ərəbistan qüvvələrinin Yəmənin Həccə vilayətinin Hirz məntəqəsinə hücumunda bir qrup afrikalı öldürülüb.


Səudiyyə Ərəbistanı təyyarələrinin son hücumlarında Yəmənin əl-Hədidə vilayətinin Xoxe məntəqəsində 22 hindistanlı balıqçı həlak olub.


Yəmənin Marib vilayətində bir hərbi dairə bildlirb ki, səudiyyəli təcavüzkar koalisiyasının hərbi helikopterləri ilk dəfə olaraq Yəmənin fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tərəfdarlarına dəstək əməliyyatında iştirak ediblər.


Yəmən ordusu və xalq qüvvələri də səudiyyəli qüvvələrin Nəcran, Cizan və Marib vilayətlərindəki bazalarını raketlə atəşə tutublar.


Bu hücumda bir səudiyyə hərbi avtomobili məhv edilib və onun bütün sərnişinləri öldürülüb.

Bu arada Yəmən Ali İnqilab Komitəsinin rəhbəri deyib: Təcavüzkarlar bilirlər ki, Yəmən xalqının onların hücumlarına reaksiya vermək üçün çoxlu seçimi vardır.

Məhəmməd Əli əl-Husi deyib: Strateji seçimlər mərhələsi hələlik başlamayıb və bu gün baş verənlər ona hazırlıqların görülməsidir.

BMT-nin hesabatına əsasən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumları və qarşıdurmalar başlandıqdan Yəmənin müxtəlif bölgələrində 4500-ə yaxın nəfər şəhid olub.