Ərəbistanın Yəmən xalqına qarşı təcavüzləri davam edir
Sen 13, 2015 09:45 Asia/Baku
-
Ərəbistanın Yəmən xalqına qarşı təcavüzləri davam edir
BMT-nin nəzarəti altında Yəmənli qruplar arasında sülh danışıqlarının yeni dövrünün başlanmasına az qalmış, Ərəbistan qırıcıları dünən və bu gün Yəmənin müxtəlif məntəqələrini bombardman ediblər.
Ali-Səud qırıcıları bu gün paytaxt Sənada Ətan məntəqəsini habelə, Hədidə vilayətində yerləşən Xuxə limanını iki dəfə bombardman ediblər.Ərəbistan qırıcılarının Təiz vilayətinə olan hücumları zamanı isə 9 yəmənli həyatını itirib.
Ərəbistan qırıcıları həmçinin, Yəmənin dövlət televiziyasının binasını bir neçə dəfə bombardman ediblər.
Bu arada Yəməndən daxil olan məlumatlara görə, Yəmənli qüvvələr Ərəbistan ordusunun Cizan vilayətində Darül Nəsr hərbi bazasını yəmənli qüvvələrin nəzarəti altından çıxartmaq üzrə səylərini uğursuzluğa uğradıblar. Bu əməliyyat zamanı Ərəbistan ordusunun 2 ədəd tankı və bir ədəd Hammer tipli hərbi maşını qənimət olaraq ələ keçirilib.
Teqlər