Sen 14, 2015 10:56 Asia/Baku
  • Qəzzə sakinləri sionistlərin əl-Əqsa məscidinə olan hücumunu qınadılar
    Qəzzə sakinləri sionistlərin əl-Əqsa məscidinə olan hücumunu qınadılar

Yüzlərlə fələstinli Qəzzədə aksiya keçirərək, sionistlərin əl-Əqsa məscidinə hücumunu pisləyib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, bu aksiya bazar günü Həmas-ın istəyi iləkeçirilib. Aksiya iştirakçıları sionistlər qarşısında müqavimət və mübarizəyə təkid ediblər.


Həmas-ın rəhbər üzvlərindən olan Məşir əl-Misri bu aksiya zamanı əl-Əqsaya hörmətsizliyin edilməsi ilə bağlı sionistlərə xəbərdarlıq edib və deyib: sionist düşmən mütəşəkkil bir proqram əsasında əl-Əqsa məscidini zaman və məkan baxımından bölməyə çalışır.


Məşir əl-Misri həmçinin, Fələstin özünüidarə təşkilatından istəyib ki, Qərb Sahilində müqavimət qüvvələrinə qarşı repressiyaları durdursun və bu xüsusda İsrail rejimi ilə əməkdaşlıqlarına son qoysun.


Fələstinlilər həmçinin Ramallahın yaxınlığında yerləşən Qələndiya keçidində aksiya keçirərək, sionistlərin əl-Əqsa məscidinə hücum etmələrini qınayıblar.

Teqlər