İstanbulda aksiya
Sen 14, 2015 11:14 Asia/Baku
-
İstanbulda aksiya
Yüzlərlə nəfər İstanbulda aksiya keçirərək, Cizrə sakinlərini himayə edib.
İRNA-nın məlumatına görə, "Sülh Tərəfdarı" adlı qrupun yüzlərlə tərəfdarı bazar günü axşam İstanbulda aksiya keçirərək, Cizrə şəhərində komendant saatının elan edilməsini pisləyib.Türkiyə rəsmiləri şənbə günü Cizrə şəhərində 8 gün davam edən komendant saatını ləğv etdikdən sonra, bir daha dünən saat 19-dan etibarən Cizrə şəhərində komendant saatı elan ediblər.
Bu məlumata görə, aksiya iştirakçıları Cizrə sakinlərini himayə üzrə şüarlar verib, Türkiyə dövlətinin siyasətlərini pisləyiblər.
Aksiya iştirakçıları Cizrə sakinlərinin 7 iyun tarixində keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının təmsilçisinə səs vermədiyi üçün cəzalandırıldıqlarını iddia ediblər.
Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.