Sen 14, 2015 14:46 Asia/Baku
  • Ərəb ölkələrinin sükutu sionistlərə əl-Əqsa məscidinə hörmətsizlik etmək cürətini verir
    Ərəb ölkələrinin sükutu sionistlərə əl-Əqsa məscidinə hörmətsizlik etmək cürətini verir

Fələstinin vəqflər naziri Yusif Ədisi deyib: Ərəb və İslam ölkələrinin sükutu sionist rejimin əl-Əqsa məscidinə qarşı hücumlarını artırmasına səbəb olub.

Əl-Məyadin informasiya portalının verdiyi məlumata görə, Yusif Ədisi sionistlərin əl-Əqsa Məscidinə hücumunu pisləyib və Ərəb ölkələrindən sionistlərin əl-Əqsa məscidinə qarşı hücumlarının dayandırılması üçün dərhal ciddi tədbirlər görməsini istəyib.


O deyib: Ərəb ölkələri sionist rejimin təcavüzləri qarşısında sükut edir və heç bir addım atmırlar.


Ədisi həmçinin deyib: Bazar günü baş verən hadisə Ərəb və İslam ölkələri üçün ciddi müraciətə malik idi. Bu müraciət əl-Əqsa məscidinin nicatı üçün təcili tədbirlərin görülməsidir.


Fələstinin vəqflər naziri həmçinin deyib: Təl-Əviv Ərəb ölkələrinin vəziyyətindən sui-istifadə edərək, istədiyi addımı atır. Buna görə də Ərəb və İslam ölkələri İslam müqəddəslərini xilas etmək üçün ciddi addımlar atmalıdırlar.


Sionist rejim hərbçiləri ötən gün səhər əl-Əqsa məscidinə hücum edərək, məscidin içinə gözyaşardıcı qaz bombaları ataraq, namaz qılmaqla məşğul olan fələstinliləri döyməyə başlayıblar.


Sionist rejim hərbçilərinin bu hərəkəti əl-Əqsa məscidində yanğına səbəb olub və məscidə müəyyən zərər və ziyanlar dəyib.

Teqlər