Ərəbistanın Sənaya quduz hücumları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197602-Ərəbistanın_sənaya_quduz_hücumları
Ərəbistan qırıcılarının Yəmənin paytaxtı Sənaya olan hücumlarında indiyə kimi 1567 nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2015 10:52 Asia/Baku
  • Ərəbistanın Sənaya quduz hücumları
    Ərəbistanın Sənaya quduz hücumları

Ərəbistan qırıcılarının Yəmənin paytaxtı Sənaya olan hücumlarında indiyə kimi 1567 nəfər ölüb və yaralanıb.

Səba xəbər agentliyinin verdiyi məlumata görə, Sənanın səhiyyə və müalicə ofisinin rəisi Xalid Müntəsir deyib: Ərəbistanın 26 mart tarixindən başlanan hücumlarında indiyə kimi paytaxt Sənada 1567 nəfər ölüb və yaralanıb.


Müntəsir əlavə edib: Sənada şəhid olanların sayı 191 nəfərə çatıb. Ölənlər arasında 28 uşaq və 11 qadın da var.


Müntəsir həmçinin deyib: Sənanın bütün məntəqələri Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb və şəhərin istisnasız olaraq hər bir yerində dağıntılar yüksək səviyyədədir.


Müntəsirin dediyinə görə, Ərəbistan qırıcılarının hücumlarını davam etdirmələrinə görə, insan tələfatının artması qaçılmazdır.


Sənanın səhiyyə və müalicə mərkəzinin rəisi əlavə edib: Beynəlxalq təşkilatlar əgər Ərəbistanın hücumlarını durdurmaq üçün bir iş görmürlərsə, heç olmasa Yəmənin dərman və tibb təchizatlarına olan ehtiyaclarını təmin etsinlər.