Sen 15, 2015 11:18 Asia/Baku
  • Sionist rejimin Əl-Əqsaya qarşı təcavüzləri üzrə cinayət işi TŞ-ya çıxarılır
    Sionist rejimin Əl-Əqsaya qarşı təcavüzləri üzrə cinayət işi TŞ-ya çıxarılır

Sionist rejim hərbçilərinin əl-Əqsa məscidinə qarşı təcavüzləri üzrə cinayət işi BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, Fələstin Xarici İşlər Nazirliyi sionist rejim hərbçilərinin əl-Əqsa məscidinə qarşı təcavüzlərinə reaksiya üzrə bir bəyanatda BMT Təhlükəsizlik Şurasından bu rejimin təcavüzləri qarşısında öz vəzifəsini yerinə yetirməsini və bu təcavüzlərə son qoymasını istəyib.


Fələstin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir: Sionist rejimin əl-Əqsa məscidinə təcavüzlərinin davam etməsi regionu dini müharibəyə sövq etdirir.


Sionist rejim hərbçilərinin əl-Əqsa məscidi və namaz qılanlara bazar günü etdiyi hücumunda yüzdən çox fələstinli yaralanıb.


Sionist rejim hərbçiləri bazar ertəsi günü də ərəb ölkələri və beynəlxalq səviyyədə qınamalara baxmayaraq, bir daha bu məscidə hücum ediblər.

Teqlər