Sionist hərbçilərin əl-Əqsa məscidinə hücumları davam edir
Sen 15, 2015 14:19 Asia/Baku
Sionist rejim hərbçiləri regional və beynəlxalq qınaqlara baxmayaraq, bir daha əl-Əqsa məscidinə hücum ediblər.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, sionist rejim hərbçiləri çərşənbə axşamı günü bir daha əl-Əqsa məscidinə hücum edərək 16 fələstinlini yaralayıblar.Bu məlumata görə, əl-Əqsa məscidinin müdafiəçiləri yüzlərlə sionist hərbçinin bu məscidə hücumu qarşısında dayanıblar.
Bu arada sionist işğalçılar əl-Əqsa məscidinin kənarındakı məscidlərdən olan əl-Qəbli məscidinin qapılarını sındırıb və çbu məsciddəki müdafiəçilərə doğru oxlu miqdarda alovlanan bomba və gözyaşardıcı qazlardan istifadə ediblər.
Sionist işğalçıların hücumu və onların səs bombaları məscidin daxilinə atmasından sonra bu məscidi tüstü bürüyüb.
Bu artıq üçüncü gündür ki, sionistlər əl-Əqsa məscidinə basqın edirlər.
Sionist rejim hərbçilərinin bazar günü əl-Əqsa məscidi və fələstinli namaz qılanlara hücumunda yüzdən çox fələstinli yaralanıb.