Livanlı etirazçılar ekologiya nazirliyini "zibilxana" etdilər
Sen 16, 2015 10:53 Asia/Baku
-
Livanlı etirazçılar ekologiya nazirliyini "zibilxana" etdilər
Livanın paytaxtı hələ də vətəndaşların zibillərin daşınmaması məsələsinə etirazının şahididir.
Əl-Aləm kanalının məlumatına görə, onlarla livanlı narazı müxtəlif şəhərlərdə zibillərin üs-üstə qalaqlanmasına və daşınmamasına etiraz olaraq çərşənbə günü iri zibil qutularını aşırdaraq, paytaxt Beyrutun mərkəzində, Ekologiya Nazirliyinin önünü zibilləyiblər.Narazı kütlə Ekologiya Nazirliyinin önündə aksiya keçirərək, küçə və xiyabanlarda zibillərin üst-üstə qalaqlanmasına və daşınmamasına etiraz edib, şəhərin təmizliyinə diqqətin göstərilməsini istəyiblər.
Aksiya iştirakçıları ekologiya nazirinin istefa ferməsini və qüsura yol verən rəsmilərin cəzalandırılmasını istəyiblər.
Narazı kütlə həmçinin parlament üzvlərinin əmək haqlarının dondurulmasını tələb ediblər.
Beyrut 22 avqust 2015-ci il tarixindən demək olar ki, hər gün etiraz aksiyalarının şahididir.
Etirazçılar Livan hökumətini korrupsiyada və əhalinin ilkin ehtiyaclarının təmin edilməsində qüsura yol verməkdə ittiham edirlər.