Sen 17, 2015 17:43 Asia/Baku
  • Səbra və Şətila cinayətinin ildönümündə anti-İsrail aksiyası
    Səbra və Şətila cinayətinin ildönümündə anti-İsrail aksiyası

Minlərlə livanlı və fələstinli sionist rejimin Səbra və Şətila düşərgələrində fələstinli didərginlərə qarşı soyqırımının 33-cü ildönümü günündə Beyrutda aksiya keçirib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, bu etiraz aksiyasında iştirak edənlər əllərində Livan və Fələstin bayraqlarını daşıyıb və Səbra və Şətila soyqırımına görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyiblər.
Səbra və Şətilə soyqırımı qurbanlarının bəzi ailə üzvləri də bu aksiyada iştirak edərək, əllərində övladları və yaxınlarının fotoşəkillərini daşıyıblar.
16-18 sentyabr 1982-ci il tarixində sionist rejim hərbçiləri İsrailin o zaman müharibə naziri olmuş Ariyel Şaronun başçılığı altında və Livan falanjistlərinin əməkdaşlığı ilə Səbra və Şətilada fələstinli didərginlərin düşərgələrinə basqın edərək, onları şəhid etmişdilər. Bu cinayət hadisəsində 3 min fələstinli o cümlədən çoxlu sayda uşaq və qadın şəhid edilmiş, cəsədləri tikə-tikə doğranmış və kütləvi məzarda basdırılmışdı.

Teqlər