Sen 20, 2015 14:57 Asia/Baku
  • Sionistlər fələstinli uşağı yaraladılar
    Sionistlər fələstinli uşağı yaraladılar

Bir fələstinli uşaq sionist hərbçilərin atəş açmaları nəticəsində yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, işğal olunmuş Qüdsün şərqində əl-İsəviyyə kəndində güclü toqquşma zamanı bir fələstinli uşaq sionist hərbçilərin atəş açması nəticəsində baş nahiyəsindən yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Sionist hərbçilərin əl-İsəviyyə kəndinə hücumunda 7 fələstinli də həbs olunub. Onlardan beşinin yaşı 18-dən aşağıdır.
Digər bir məlumata görə, İordan çayının qərb sahilində Quş Etsion şəhərciyi yaxınlığında qumbaranın partlaması nəticəsində bir sionist zabit yaralanıb.
Başqa bir məlumata görə, sionist qəsəbə sakinləri sionist hərbçilərin dəstəyi ilə əl-Əqsa məscidinə basqın edib və fələstinli namaz qılanlarla toqquşublar.
Sionist hərbçilərin əl-Əqsa məscidinə hücumları və onun bir hissəsini bağlamaları ötən həftədən indiyə qədər onlarla fələstinlinin yaralanması və həbs olunması ilə nəticələnib.

Teqlər