Əl-Xəlildə bir gənc şəhid olub
Sen 22, 2015 10:54 Asia/Baku
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində bir fələstinli gənci şəhid ediblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Əqsa telekanalına istinadla verdiyi məlumata görə, sionist hərbçilər İordan çayının qərb sahilində yerləşən əl-Xəlil şəhərində bu gəncin bir sionist patrula hücum etmək niyyətində olması bəhanəsi ilə onu hədəfə alıblar.Fələstinin Qırmızı Aypara Cəmiyyəti bildirib: Sionist hərbçilər onların hadisə yerinə daxil olmasının qarşısını alıblar.
Sionistlər həmçinin İordan çayının qərb sahilində fələstinlilərin aksiyasın hücum edərək bir qrup fələstinlini yaralayıblar.
Fələstinlilərin əl-Əqsa məscidinə dəstək, sionist hərbçilərin bu müqəddəs məkana təcavüzü və hücumlarının pislənilməsi üzrə aksiyası əl-Xəlil şəhərinin şimalında Beyt Əmr şəhərciyində keçirilib.
Bu məlumata görə, Babul-Zaviyə məntəqəsi, Bəni Nəim şəhərciyi və Həlhul körpüsü məntəqələrində sionist rejim ordusu ilə fələstinli məktəblilər arasında toqquşmalar baş verib.
İsrail rejimi ordusu həmçinin Beyt Ləhm şəhərinin şimalında fələstinlilərə doğru gözyaşardıcı qazlar və döyüş güllələrindən istifadə edərək bir neçə nəfəri yaralayıblar.