Yəmən Ərəbistanın təcavüzlərinə müqavimət göstərir
Sen 22, 2015 13:55 Asia/Baku
Yəmən Ənsarullah Xalq Hərəkatının Siyasi Şurası bu ölkə xalqının Ərəbistanın hücum və təcavüzləri qarşısındakı müqavimətini alqışlayıb.
Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ənsarullah Hərəkatının Siyasi Şurası 21 sentyabr inqilabın birinci ildönümü ilə əlaqədar bir bəyanat verərək bu ölkə xalqının Ərəbistanın təcavüzləri qarşısındakı müqavimətini alqışlayıb və bildirib: Yəmən xalqı müasir tarixin ən təhlükəli təcavüzü ilə üzləşib.Ənsarullah Hərəkatının Siyasi Şurası bu bəyanatda bildirib: Yəmən xalqı iqtisadi, məişət və təhlükəsizlik problemlərinə baxmayaraq ciddi iradəsi ilə beynəlxalq tağut və müstəbidlərin bütün məkrli planları və cinayətkarların cinayəti qarşısında müqavimət göstərir.
Ənsarullah Hərəkatının Siyasi Şurası bu bəyanatında əlavə olunub: Yəmən inqilabı təcavüzkarlar qarşısında bu ölkənin müxtəlif xalq kütlələri arasında birliyin güclənməsinə səbəb olmuşdur.
Ənsarullah Hərəkatının Siyasi Şurası işğalçıların Yəməndən qovulması və tam müstəqilliyin əldə olunmasını vurğulayaraq ərəb və müsəlman xalqları beynəlxalq imperializmlə mübarizədə öz məsuliyyətini yerinə yetirməyə çağırıb.