Ərəbistan Yəmənə hücumların davam etməsini vurğulayıb
Sen 22, 2015 13:34 Asia/Baku
-
Ərəbistan Yəmənə hücumların davam etməsini vurğulayıb
Ərəbistanın müdafiə nazirinin müşaviri bu ölkənin hava hücumlarına görə Yəmən vətəndaşlarının nigaranedici şəraitinə etina etmədən Yəmənə hücumların davam etməsini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əhməd Əsiri əl-Həds telekanalı ilə müsahibədə Yəmənə hava və quru hücumların davam etməsini vurğulayaraq deyib: Hazırkı mərhələdə Ərəbistanın hərbi əməliyyatı mərkəzdə Marib vilayəti və cənubda Təiz vilayətinə yönəlib.Ərəbistan müdafiə nazirinin müşaviri əlavə edib: Bu ölkənin hava hücumları istefaya getmiş Əbd Rəbbə Mənsur Hadi hökumətinin Sənaya qayıdacağı zamana qədər davam edəcək.
Bu arada beynəlxalq insan haqları dairələri Ərəbistanın hava və quru hücumlarına görə, Yəməndə insan vəziyyətinin acınacaqlı olması barəsində dəfələrlə xəbərdarlıq ediblər.
Teqlər