Sen 23, 2015 10:50 Asia/Baku
  • Fələstin dövlətinin BMT-dən istəyi
    Fələstin dövlətinin BMT-dən istəyi

Fələstin dövləti sioinst hərbçilər tərəfindən fələstinli gənc bir qızın şəhid edilməsi haqda araşdırma üçün beynəlxalq bir komitəinin təşkilini istəyib.

Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, bu mətbuat bəyanatında deyilir: Sionist hərbçilərin Hədil Həşləmuna qarşı atəş açmaları anı barədə yayılmış təsvirlər göstərir ki, o, bu hərbçilərə xətər törətmədiyi bir halda birbaşa surətdə onların atəşlərinə tuş gəlib.
Fələstin dövləti bu bəyanatda qeyd edib ki, sionist hərbçilər fələstinli gənc qıza qarşı səkkiz güllə atandan sonra Fələstin Qırmızı Aypara Təşkilatının ona yardım etməsini əngəlləyiblər. Bu bəynatda dünya ictimaiyyətinin bu istiqamətdə təcili addımlar atması və bu rejimin cəzalandırılması və sionist rejimin cinayətlərinin davam etməsinin qarşısının alınması istənilibdir.
Hədil Həşləmun çərşənbə axşamı günü səhər Əlxəlil şəhərindəki yoxlama-buraxılış məntəqələrinin birindən keçərkən və sionist hərbçilərin nüqabını götürməsi barədəki göstərişindən boyun qaçırarkən atəşə tuş gəlib və yaralanaraq, şəhid olubdur.
Sionist rejim çərşənbə axşamı günü axşam bu şəhidin cənazəzisini ailəsinə təhvil verib.

Teqlər