Ərəbistanın ən böyük hərbi əməkdaşı İsraildir
Sen 23, 2015 14:13 Asia/Baku
-
Ərəbistanın ən böyük hərbi əməkdaşı İsraildir
ABŞ-ın sabiq bir hərbi rəsmisi Ali-Səud rejiminin İsrail rejimi ilə malik olduğu hərbi və logistik əməkdaşlıqları ifşa edib.
Təsnim xəbər agentliyinin məlumatına görə, ABŞ ordusunun sabiq sözçüsü US Nyus jurnalı ilə müsahibədə Ərəbistan kralının ən böyük hərbi əməkdaşlarının İsrail və Amerika olduğunu ifşa edib və deyib: Ərəbistanı regionda İsrail və Amerikanın strateji müttəfiqi hesab etmək olar.Stiven Varen bu müsahibədə həmçinin deyib: Hazırda Ərəbistanın Yəmənə qarşı istifadə etdiyi kaset bombaları Birləşmiş Ştatların Qəzzədə sınaqdan keçirdiyi bombalardır.
S.Varen daha sonra ABŞ-ın sınaqdan keçirmələri üçün iri kaset bombalarını Ərəbistan və İsrailin ixtiyarına verdiyini də qeyd edib.
US Nyus jurnalının yazdığına görə, dünyada istifadəsi qadağan edilmiş bu növ bombalardan istifadə ilə ABŞ-ın razılaşması ehtimalı xeyli güclüdür.
Bu arada İnsan Haqlarına Nəzarət təşkilatı Ərəbistanın başçılıq etdiyi koalisiyanı Yəməndə kaset bombalardan istifadə etməkdə ittiham edib.
Bu beynəlxalq təşkilat Ərəbistanın Yəmənə qarşı istifadə etdiyi bombaların ABŞ istehsalı olduğunu vurğulayaraq, bu növ bombalardan istifadənin dünyada qadağan edildiyini və 2008-ci ildə 116 ölkənin bu bombadan istifadəni qadağan edən anlaşmanı imzaladığını bildirir.
Teqlər