Sen 24, 2015 12:50 Asia/Baku
  • Merkel Suriya sülh müzakirələrində Bəşşar Əsədin iştirakını dəstəkləyib
    Merkel Suriya sülh müzakirələrində Bəşşar Əsədin iştirakını dəstəkləyib

Almaniya kansleri Suriya prezidentinin bu ölkənin sülh müzakirələri prosesində iştirakını zəruri adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Almaniya kansleri Angella Merkel Avropa Birliyinin suriyalı miqrantların böhranı barədə konfransı keçirildikdən sonra bildirib: Suriya prezidenti Bəşşar Əsəd Suriya sülh müzakirələrinin bir hissəsi olmalıdır.
Almaniya kanslerinin sözlərinə görə, bir çox oyunçularla danışıqlar aparılmalıdır. Bu oyunçulara Bəşşar Əsəd də şamil olur.
Bu məlumata görə, Almaniya kansleri elə bir halda bu açıqlamanı verib ki, bir zaman Əsədin iqtidardan getməsini vurğulayan bir çox qərb qüdrəti hazırda Suriya hökuməti qarşısında öz mövqelərini dəyişib.
ABŞ dövlət katibi Con Kerri də bu həftə Bəşşar Əsədin dərhal iqtidardan getməsini qeyri-mümkün adlandırıb.
Rusiya və ABŞ Suriya qarşıdurması barədə ötən həftə apardıqları müzakirədən sonra bildiriblər ki, rəsmi Moskva Bəşşar Əsəd hökumətinə dəstəyini davam etdirəcəyini vurğulayır.

Teqlər