Sen 24, 2015 13:17 Asia/Baku
  • Əhatəli sülh; Bəhreyn böhranından xilas yolu
    Əhatəli sülh; Bəhreyn böhranından xilas yolu

Bəhreynin Milli Birlik İslam Cəmiyyəti bu ölkə böhranıdan xilas üçün yeganə mümkün yolu əhatəli sülh adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin portalına istinadla verdiyi məlumata görə, bu cəmiyyət bir bəyanatda bildirib: Əhatəli sülh bütün Bəhreyn vətəndaşlarının istəyidir və ədalətin bərqərar olunmasından əlavə bütün vətəndaşların bərabərliyi və qanunun hakimliyinə səbəb olacaq.
Bu bəyanatda bildirilir: Bəhreyndə müxaliflər hələ də dinc yollara sadiqdirlər və inanırlar ki, Bəhreyn vətəndaşları Ali-Səud rejiminin zorakılığını qurbanı olur və ədalətli və əhatəli sülhdən yararlanmalıdırlar.
Bəhreynin Milli Birlik İslam Cəmiyyəti əlavə edib: Bəhreyn rejimi bütün təhlükəsizlik seçimləri, o cümlədən aksiyaların yatırılması, müxaliflərin həbs olunması və işgəncə edilməsi, təfriqənin yaradılması, etirazçıların vətəndaşlığının ləğv olunması və vətəndaşların mənzillərinə hücumu sınaqdan keçirib. Lakin bu hərəkətlər Bəhreyndəki mövcud böhrana son qoya bilməmişdir.
Cəmiyyətin bəyanatında bildirilir: Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman sülhməramlı siyasi fəaliyyətlər üçün örnəkdir. O həmişə zorakılığı pisləyib. Lakin Bəhreyn rejimi onu həbsə atıb və dinc həll yoluna inanmadığını nümayiş etdirir.

Teqlər