Ali-Səud Qurban bayramı günündə Yəmənə hücumlarını davam etdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197878-ali_səud_qurban_bayramı_günündə_yəmənə_hücumlarını_davam_etdirir
Ali-Səud rejimi qırıcı təyyarələri Qurban bayramı günündə də Yəmənin müxtəlif bölgələrni bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2015 10:09 Asia/Baku
  • Ali-Səud Qurban bayramı günündə Yəmənə hücumlarını davam etdirir
    Ali-Səud Qurban bayramı günündə Yəmənə hücumlarını davam etdirir

Ali-Səud rejimi qırıcı təyyarələri Qurban bayramı günündə də Yəmənin müxtəlif bölgələrni bombardman ediblər.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Ali-Səud rejimi qırıcı təyyarələri Qurban bayramına etina etmədən, Yəmənin şimal-qərbində Həccə vilayəti yaxınlığında Ciyah şəhərindəki yaşayış massivini bombalayıblar. Nəticədə 12 yəmənli həlak olub və bir qrup da yaralanıb.
Ali-Səud rejimi qırıcı təyyarələri Yəmənin qərbində əl-Hədidə vilayətinin əl-Xoxə məntəqəsini də hədəfə alıblar. Bir qrup yəmənli həlak olub və yaralanıb.
Səudiyyəli qırıcıların Yəmənin Sədə vilayətinə hücumunda isə altı yəmənli həlak olub.