Sionist rejimin Suriya ordusunun bazalarına hücumu
Sen 28, 2015 07:44 Asia/Baku
-
Sionist rejimin Suriya ordusunun bazalarına hücumu
İsrail rejiminin hərbçiləri Qunəytrədə Suriyanın hərbi mərkəzlərini gülləbaran ediblər.
Röyters-in məlumatına görə, sionist rejim hərbçiləri bazar günü gecə Suriya ərazisindən işğal olunmuş Cövlana mərmi atılması bəhanəsi ilə Qunəytrədə Suriyanın hərbi mərkəzlərini artilleriya hücumuna məruz qoyublar.İndiyədək bu hücumun ehtimal olunan tələfatı haqda bir məlumat yayılmayıb.
Sionist rejim ordusu da bir bəyanatda Suriya ərazisində həmin ölkə ordusunun mövqelərinə qarşı hücumu təsdiq edibdir.
Bundan öncə sionist rejim dəfələrlə Suriya ərazisindən mərmi hücumu bəhanəsi ilə Suriya ordusunun hərbi mərkəzlərini hədəfə alıbdır.
Teqlər