Bəhreyn məhbəslərində işgəncə davam edir
Sen 29, 2015 19:02 Asia/Baku
-
Bəhreyn məhbəslərində işgəncə davam edir
İnformasiya mənbələri Bəhreyndə insan haqlarının pozulması və bu ölkə məhbəslərindəki məhbusların işgəncə olunmalarının davam etməsindən xəbər veriblər.
Əllolo telekanalının məlumatına görə, Bəhreyndə insan haqlarının pozulmasının davamında təcridxanada verilən sərt işgəncələr üzündən, İslami Əməl Cəmiyyətinin başçılarından olan bəhreynli ruhani Əhməd Macidin ümumi durumu ağırdır və bu səbəbdən, xəstəxananın intensiv terapiya bölməsinə yatırılıb.Bu bəhreynli din xadimi on beş il bundan bəri siyasi fəaliyyətlər ittihamı ilə Mərkəzi Cu Zindanındadır və bu müddətdə müxtəlif işgəncələrə məruz qalıbdır.
Əhməd Macidin ailəsi onun ümumi durumundan nigarandır. Xüsusən ona görə ki, onun bədən üzvlərinin cüzi və ya tam iflic olması ehtimalı var.
Bəhreyn 2011-ci il xalq qiyamının yatırılmasından bəri siyasi islahatlar tələb edən dinc xalq etirazları səhnəsidir.
Ali-Xəlifə rejimi "Ada sipəri" adı altında Bəhreyndə yerləşmiş Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik məmurları və digər ərəb ölkələrinin hərbçiləri, xüsusən səudiyyə həbrçilərinin köməyi ilə Bəhreyn xalqının etirazlarını yatırır.