Yəməndə BƏƏ-nin çevik reaksiya qüvvələri komandanı öldürülüb
Okt 01, 2015 11:03 Asia/Baku
-
Yəməndə BƏƏ-nin çevik reaksiya qüvvələri komandanı öldürülüb
Məlumatlı mənbələr Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki çevik reaksiya qüvvələri komandanının öldürüldüyünü bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələrinin Marib vilayətinin Cəfinə məntəqəsində Ərəbistanın muzdluları ilə toqquşmalarında Birləşmiş Ərəb Əmirliklərinin çevik reaksiya qüvvələrinin komandanı Üməyyə Bin Səəd əl-Kəəbi bu ölkənin bir neçə hərbçisi ilə birlikdə öldürülüb.Yəmən qüvvələri bu əməliyyatda təcavüzkar hərbçilərin bir neçə avtomobilini məhv ediblər. Ərəbistan hərbçiləri və muzdlularının Yəmənin mərkəzində yerləşən Marib vilayətində yanacağın nəqli xətlərinə hücumu Yəmən ordusu və xalq qüvvələrinin müqaviməti nəticəsində uğursuz qalıb. Yəmən qüvvələri həmçinin Ərəbistanın cənubunda Cizan şəhərində bir neçə səudiyyəli hərbi bazaya nəzarəti ələ keçiriblər.
Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin iqtidara qaytarılması məqsədilə Ərəbistan və müttəfiqləri, o cümlədən BƏƏ-nin Yəmənə hücumları başlandıqdan indiyə qədər BƏƏ-nin 45-dən çox hərbçisi öldürülüb.
Bu gün də Ərəbistan qırıcı təyyarələri Yəmən paytaxtı Sənanın müxtəlif bölgələri, o cümlədən Əsr məntəqəsindəki bir yanacaq stansiyasını bombalayıblar.
Teqlər