Okt 01, 2015 14:35 Asia/Baku
  • Fələstin bayrağının BMT-də dalğalanmasından sonrakı şadlıq
    Fələstin bayrağının BMT-də dalğalanmasından sonrakı şadlıq

Fələstin bayrağının Nyu-Yorkda BMT qərargahında dalğalanması ilə fələstinlilər şənlik ediblər.

Səhər Beynəlxalq Televiziyasının Frans Press-ə istinadla verdiyi məlumata görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində minlərlə fələstinli sionizmə qarşı şüarlar səsləndirərək BMT-yə üzv 193 ölkənin bayrağının kənarında Fələstin bayrağının dalğalanmasını şənlik ediblər.
Bu mərasimdə iştirak edənlər sionist rejimin işğalçılığlı qarşısında Fələstin ərazisinin müdafiəsini vurğulayıblar.
Bu arada Fələstin rəsmiləri Fələstinin BMT qərargahında bayrağının dalğalanmasını önəmli addım adlandırıb və bildiriblər ki, Fələstin xalqının digər məqsədlərinin reallaşması üçün səy göstərilməlidir.
Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa Bərqusi deyib: Fələstin bayrağının BMT-də dalğalanması önəmli siyasi bir məsələdir. Çünki Fələstinin müstəqil ölkə kimi rəsmən tanınması məsələsini gücləndirir.
Fələstin İslami Müqavimət Hərəkatı Həmasın sözçüsü Sami Əbu Zəhri də bu barədə deyib: Fələstin bayrağının BMT qərargahında dalğalanması önəmli simvolik addım hesab olunur. Lakin praktiki olaraq münasib görünən məsələ Fələstin xalqına müstəqil Fələstin dövlətinin yaradılması və Fələstin ərazisində Fələstin bayrağının dalğalanması icazəsinin verilməsidir.
Çərşənbə günü bəzi beynəlxalq şəxsiyyətlər, o cümlədən BMT baş katibi Ban Ki Munun iştirakı ilə Fələstin bayrağı ilk dəfə olaraq BMT-nin Nyu-Yorkdakı qərargahında sancılıb.

Teqlər