Şeyx Nəim Qasim: Səudiyyəlilər Mina hadisəsində məsuliyyət daşıyırlar
Okt 01, 2015 18:00 Asia/Baku
-
Şeyx Nəim Qasim: Səudiyyəlilər Mina hadisəsində məsuliyyət daşıyırlar
Livanın Hizbullah Hərəkatının baş katibinin müavini Mina hadisəsində səudiyyəlilərin məsuliyyət daşıdığını bildirib və islam ölkələrinin həlak olan vətəndaşları barədə bu ölkələrin müraciətləri ilə davranışlarını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Şeyx Nəim Qasim çərşənbə günü deyib: Səudiyyə Ərəbistanı rəsmiləri Mina faciəsində məsuliyyət daşıyırlar. Bu barədə şəffaf araşdırma aparılmalı və onun nəticələri islam dünyasının diqqətinə çatdırılmalıdır.Şeyx Nəim Qasim səudiyyəlilərin öz hacılarının vəziyyəti ilə maraqlanan ölkələrlə mənfi davranışını pisləyib və səudiyyəlilərin Həcc mərasimində səhlənkarlıqlarını dəstəkləyən şəxslərin mövqelərindən təəssüflənib.
Nəim Qasimin sözlərinə görə, islam ölkələrinin haqqıdır ki, faciəvi hadisələrin təkrarlanmasını nəzərə alaraq həcc məsələlərinin idarə olunmasının araşdırılmasını tələb etsinlər.