Qəzzə zolağında yoxsulluq və işsizlik
Okt 02, 2015 10:52 Asia/Baku
Mühasirədə qalan Qəzzə zolağının əksər işçiləri yoxsul və işsizdir.
Səhər Beynəlxalq Televiziyasının Fələstinin Səma İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Qəzzə zolağı Fəhlə Birliyinin rəhbəri Sami əl-Əmsi bildirib: Qəzzə zolağı işçiləri arasında yoxsulluq orta hesabla 70%-ə çatıb.Əl-Əmsi Qəzzə şəhərində mətbuat konfransında deyib: Qəzzə zolağında işçiləri arasında işsizlik orta hesabla 60%-dir və hazırda 213 nəfər işsizdir.
Qəzzə Zolağı Fəhlə Birliyinin rəhbəri əlavə edib: Qəzzə zolağı ötən bir neçə dekadada ən ağır iqtisadi vəziyyətlə üzləşib və bu problemin həll yollarından biri keçidlərin açılması və Qəzzənin bərpasıdır.
2 milyona yaxın əhalisi olan Qəzzə zolağı 2006-cı ildən sionist rejimin mühasirəsindədir.