Ərəbistanın hücumunda indiyə qədər 500 yəmənli uşaq həlak olub
Okt 02, 2015 19:55 Asia/Baku
YUNİSEF Səudiyyə Ərəbistanının Yəmənə hücuma başladığı zamandan 500-dən artıq uşağın həlak olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının Fransanın Le Puan həftəliyinin internet portalına istinadla verdiyi məlumata görə, BMT-nin Uşaq Fondu YUNİSEF cümə günü bildirib: Yəməndə qarşıdurmalar başlandığı zamandan 500-dən çox uşaq həyatını itirib və təxminən 1 milyon 700 min nəfər də yanlış qidalanma təhlükəsi qarşısındadır.YUNİSEF-in sözçülərindən Kristof Bulirak mətbuat konfransında xatırladıb: Ərəbistanın Yəmənə hücumundan 6 ayın keçməsi ilə həlak olan uşaqlardan əlavə təxminən 702 uşaq da yaralanıb.
YUNİSEF hesabatında bildirib: Əhalisinin təxminən 80%-ni 18 yaşdan aşağı şəxslərin təşkil etdiyi ölkədə təxminən 10 milyon uşaq humanitar yardımlara ehtiyaclıdır və ümumilikdə bir milyon 400 min nəfər müharibəyə görə didərgin düşüb.
Xatırladaq ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının statistikasına görə, Ərəbistanın Yəmənə hücumlarında indiyə qədər 2 min 355 nəfər həlak olub, 4 min 862 nəfər də yaralanıb.