Okt 03, 2015 14:01 Asia/Baku
  • Ərəbistan Yəmənin Marəb vilayətinə fosfor bombaları ilə hücum edib
    Ərəbistan Yəmənin Marəb vilayətinə fosfor bombaları ilə hücum edib

Səudiyyə qırıcıları Yəmənin Marəb vilayətinə qarşı hücumda qadağan olunmuş fosfor bombalarından istifadə ediblər.

Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, Yəmənin Marəb vilayətindəki yerli bir rəsmi deyib ki, təcavüzkar səudiyyə qırıcıları fosfor bombaları ilə Marəb şəhərinin qərbindəki Əlbələq dağını bombalayıblar.
Bundan öncə də təcavüzkarların Yəmənin digər məntəqələrində fosfor bombalarından istifadə etmələri barədə məlumatlar yayılmışdı.
Ərəbistan qırıcıları həmçinin dəfələrlə Marəbin Təbbə Əlmusaribə, İdat Əlra və Əlcəfinə məntəqələrini hədəfə alıblar.
Səudiyyə təyyarələri altı dəfə də Sərvah məntəqəsinə basqın edərək, bu məntəqədəki yaşayış massivlərini və bazarı bombalayıblar.
Həmçinin Yəmənin cənub-qərbində və Qırmızı dənizin cənub girəcəyindəki Babulməndəb boğazının ələ keçirilməsi haqda təzadlı xəbərlər yayılır.
Livanın Əlminar telekanalı xəbər verib ki, Yəmənin ordu qüvvələri və xalq komitələri təcavüzkarların və bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan muzdurların Babulməndəb boğazına olan hücumlarını uğursuz qoymağa müvəffəq olublar.
Belə bir halda, Mənsur Hadinin tabeliyində olan qüvvələr Babulməndəb boğazının tam şəkildə ələ keçirilməsindən xəbər veriblər.
Yəmən ordusu və xalq komitələrinin müştərək komandanlığı bundan öncə bildirimişdi ki, sionist rejimin ərəbistanlı koalisiyanın Babulməndəb məntəqəsinə qarşı hava, dəniz və quru hücumlarında birbaşa iştirakını müşahidə edibdir.
Yəmənli qaynaqların məlumatlarına görə, bu hücumlardan bir neçə gün bundan qabaq sionist rejim ordusunun baş qərargah rəisi Vaşinqtonun Yaxın Şərq Siyasətləri Müəssisəsində demişdi ki, İsrail rejimi ordusu hazırda Babulməndəbə göz dikib.
Babulməndəb boğazı Asiyadan Avropa və Amerikaya baş dəniz yoludur və dünya, xüsusən sionist rejim, Ərəbistan və Misir iqtisadiyyatları üçün böyük əhəmiyyətə malikdir.

Teqlər