Fələstinlilərin Məsciduləqsaya daxil olmalarının əngəllənməsi davam edir
Okt 05, 2015 15:34 Asia/Baku
Fələstinli mənbələr xəbər veriblər ki, sionistlər ötən 48 saat ərzində qərb sahilində və işğal olunmuş Qüdsdə fələstinlilərlə toqquşmalarda onlardan 456 nəfəri yaralayıblar.
Təsnim xəbər agentliyinin Fələstin Əlyəum xəbər kanalına istinadlı məlumatına görə, Fələstin Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Ərab Əlfuqəha deyib: Qırmızı Aypara Cəmiyyəti komandasının ötən 48 saat ərzində bütün vilayətlərdə xidmət göstərdiyi yaralıların sayı 456 nəfərə çatıbdır ki, onların hamısı qərb sahilindəki xəstəxanalara köçürülüb.O, qeyd edib ki, bu şəxslər sionistlər tərəfindən işgəncələrə, habelə gözyaşardıcı qaz axınına, həmçinin hərbi və rezin güllə atəşlərinə məruz qalıblar.
Şənbə günü gecədən bəri Məhənd Şəfiq Hələbi adlı on doqquz yaşlı fələstinli bir gəncin iki sionistin ölümü ilə nəticələnmiş işğal olunmuş Qüdsdə keçirdiyi şəhadət əməliyyatının ardınca sionist hərbçilər və sionist qəsəbə sakinləri Qərb sahilində və işğal olunmuş Qüdsdə fələstinlilərə qarşı hücumlarını şiddətləndiriblər və bu istiqamətdə Fələstin Qırmızı Aypara Cəmiyyəti bazar günündən bəri bu məntəqələrdə fövqəladə vəziyyət elan edib.
Digər tərəfdən, sionist hərbçilər bazar günü səhər tezdən ikinci dəfə olaraq, şəhid Hələbinin Ramullahın şimalında yerləşən Sərda kəndindəki mənzilinə basqın edərək, onun ailəsinin üzvlərini döyüb və bir otaqda həbs ediblər.
İşğalçı qüvvələr həmçinin fələstinli yardımçıların yaralılara yardım göstərmək üçün mənzilə daxil olmalarına mane olublar.
Bu məlumata görə, sionist rejimin baş naziri Benyamin Netanyahu bazar günü aksiyaya təhrik edən kəslərin və ya aksiyaçıların idari həbslərinin artırılması və şəhadət əməliyyatları icraçılarının mənzillərinin dağıdılması prosesinin gücləndirilməsini vurğulayıbdır.
Sionist işğalçılar bazar ertəsi günü də Məsciduləqsa-nın darvazalarından olan Babulamud-u bağlayaraq, namazqılanların Məsciduləqsa səhnlərinə daxil olmalarını əngəlləyiblər.
Sionnist hərbçiər həmçinin fələstinlilərin Qüdsün qədim hissəsinə daxil olmalarına mane olublar.