Sionist hərbçilər fələstinli yeniyetməni şəhid ediblər
Okt 05, 2015 18:12 Asia/Baku
Sionist rejim hərbçiləri on üç yaşlı fələstinli yeniyetməni şəhid ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, fələstinli yeniyetmə Muhəmməd Əbidullah qərb sahilnin cənubunda yerləşən Beyt Ləhm şəhərindəki Aidə düşərgəsində şəhid olub.Bazar günü axşam da qərb sahilnin şımalında yerləşən Tulkərm şəhərində 18 yaşlı Həzifə Suleyman sionistlər tərəfindən şəhid edilmişdi.
Bu istiqamətdə Fələstin Qırmızı Aypara Cəmiyyəti ötən iki gündə sionist hərbçilərin atəşləri nəticəsində qərb sahilində və işğal olunmuş Qüdsün şərqində 456 nəfərin yaralanmasından xəbər verib.
İordan çayının qərb sahili və işğal olunmuş Qüds bir neçə həftə bundan öncədən sionistlərin fələstinlilərə qarşı hücumlarının şahididirlər.
Sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin Məsciduləqsaya qarşı ardıcıl hücumları və fələstinli namazqılanların oraya daxil olmalarını əngəlləmələri bu məntəqədə toqquşma və gərginlik atmosferi yaradıbdır.
Sionist hərbçilər və sionist qəsəbə sakinləri Məsciduləqsaya basqın edərək, bu məkanın zaman və məkan cəhətdən bölüşdürülməsi fitnəsini icra etmək niyyətindədirlər.