Bəhreynin müxtəlif məntəqələrində məhbuslarla həmrəylik aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198188-bəhreynin_müxtəlif_məntəqələrində_məhbuslarla_həmrəylik_aksiyası
Bəhreynin müxtəlif məntəqələrində bəhreynli məhbuslarla həmrəylik aksiyası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2015 15:50 Asia/Baku
  • Bəhreynin müxtəlif məntəqələrində məhbuslarla həmrəylik aksiyası
    Bəhreynin müxtəlif məntəqələrində məhbuslarla həmrəylik aksiyası

Bəhreynin müxtəlif məntəqələrində bəhreynli məhbuslarla həmrəylik aksiyası keçirilib.

İraqın Brasa xəbər agentliyinin məlumatına görə, Bəhreynin müxtəlif məntəqələri, o sıradan Kərəzkan, Diraz, Nəvidrat və Sitrə məntəqələrinin sakinləri bəhreynli məhbus və həlak olanların ailələri, insan hüquqları müdafiəçiləri və siyasi fəalların iştirakı ilə aksiya keçiriblər.
Aksiyaçılar məhbusların, o cümlədən Bəhreyn Milli Birlik Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın təsvirlərini daşıyaraq, Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifəni rədd etdiklərini bildirib, son zamanlar bəhreynli hərbçilərin geniş hücumları hədəfinə çevrilmiş Əlnəvidrat məntəqəsinin sakinləri ilə öz həmrəyliklərini elan ediblər.
Bəhreyn, xalq qiyamının 2011-ci ildə yatırılmasından bəri dinc xalq etirazlarının şahididir. Xalq Bəhreyndə siyasi islahatların aparılmasını istəyir.
Ali-Xəlifə rejimi "Ada Sipəri Qüvvələri" formasında Bəhreyndə yerləşmiş səudiyyə hərbçiləri, Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik məmurları və digər ərəb ölkələri hərbçilərinin köməyi ilə bu ölkədə xalq etirazlarını yatırır.